8 Aprel 2020 15:35
2 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevil və Sevinc bacıları şəxsi həyatları haqqında danışıblar.

Teleqraf.com xəbər verir ki, onlar İnstaqramın hekayə bölümündə şəbəkə izləyicilərinin suallarını cavablandırıblar.

Bacılar sosial şəbəkə izləyicilərinin "Sizə elçi gəliblərmi" sualına "Çox maraqlı suallar verirsiniz. Təbii, elçi gəliblər, amma yaxşı ki, şirin çayı içməyiblər" - deyə cavab veriblər.

"Evdə ikiniz qalırsınızmı, nə ilə dolanırsınız" sualını isə Sevil belə cavablandırıblar: "Biz tək qalmırıq, sadəcə sualı anlamadım. İki nəfər olanda dolanmaq olmur. Mən yığımcıl insanam. Nə olur-olsun, dar günümü düşünüb, addım atıram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər