Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, samovar çayı süzərkən çəkilən görüntülərini İnstaqramda paylaşıb.
Xalq artisti deyib ki, karantin günlərində bütün rəyləri oxuyur: "Görüm, bu dəfə mənə nə irad tutacaqsınız. Mənə olan iradlarınızı və yazdığınız bütün şərhləri böyük sevgiylə oxuyuram. Bütün iradlarınızı qəbul edirəm".