Əməkdar artist Rəşad İlyasov evinin qapılarını "Evdəkilərə salam" verilişinə açıb.
Teleqraf.com xəbər verir ki, müğənni artıq çəki almasından şikayətlənib:
"Düzgün qidalanmaq lazımdır. Hazırda ona əməl etməkdən bir balaca yayınmışam. Əsas immunitetin güclü olmasıdır. Çalışırıq ki, doğru qidalardan istifadə edək. Bir az da oturaq həyat tərzi... Bir balaca da kilo almışam. Düşünürəm ki, bu günlər tezliklə keçəcək".
İfaçının həkim həyat yoldaşı Gülnarə xanım isə onun fikrinə müdaxilə edib: "Kilo almağın karantinlə bağlı deyil. Novruz bayramımda kökəlmişdin".