Müğənni Təranə Qumral və Musa Musayev Qubadakı möhtəşəm villalarını nümayiş etdiriblər.
Teleqraf.com xəbər verir ki, onlar evlərindən "Səni axtarıram" verilişinə canlı bağlanıblar.
Təranə Qumral aparıcı Xoşqədəm Hidayətqızının "Hələ ki dalaşmamısınız? Koronavirusa görə evdə qalanların çoxu boşanır" sualına "Biz həmişə bir yerdə oluruq, gecə-gündüz..." deyə cavablandırıb.
Musa Musayev isə "Biz bir-birimizdən aralı qalanda darıxırıq" deyib.
Aprıcının "Evə təzə köçmüsünüz?" sualına Təranə Qumral belə cavab verib: "Ev çoxdan təmir edilib. Çox adam yazır ki, zövqün yoxdur. Ermitaj muzeyinə oxşar dizayn etdirdim, klassikanı çox sevdiyim üçün qırmızı aboydan istifadə edilib. Qubada meşənin içində oluruq. Bakıda bağ evimiz yoxdur və ona görə rayona gəlmişik".