Kral ailəsinin imtiyazlarından imtina edən Şahzadə Harri etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı Şahzadə Harri dostlarına xoşagəlməz vəziyyətə düşdüyünü deyib:
"Həyatının belə alt-üst olmasına inana bilmirəm. Orduda xidmətimə davam etsəydim, bu qarışqılıqdan daha yaxşı qorunardım".
Şahzadə Harri sonuncu dəfə həyat yoldaşı Meqan Markl ilə koronavirusdan əziyyət çəkənlərə yardım edərkən görüntülənib.
Qeyd edək ki, Şahzadə Harri İngiltərə ordusunda bir zabit olaraq 2006-cı ildən xidmət edib, "Kapitan Uels" kimi tanınıb. Bir müddət Əfqanıstanda xidmət keçib, 2015-ci ildə ordudan tərxis olunub.
Xatırladaq ki, şahzadə həyat yoldaşı Meqan Markl ilə Los-Ancelesdə yaşayır.