1 May 2020 15:43
2 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

"10 gün əvvəl AzTV-dən zəng etmişdilər".

Teleqraf.com xəbər verir ki, bu sözləri İnstaqramda canlı yayımda Nadir Qafarzadə deyib.

O, bu gün AzTV-də yayımlanan "Eyvana çıx" verilişində qonaq qismində iştirakının təxirə salınmasından danışıb:

"10 gün əvvəl AzTV-dən zəng etmişdilər. AzTV-də yayımlanan "Eyvana çıx" verilişini son buraxılışını mənimlə bağlamalı idilər".

Verilişin İnstaqram səhifəsində də anons verildi. Yəni ki, mən yalançı çıxmadım. Dünən hər şeyi araşdırdıq, hara gəlməliyəm, çəkiliş harada baş tutacaq. Bu gün səhər saat 10-da zəng gəldi ki, verilişin formatı dəyişdi. Mən yox, verilişdə bu günə qədər çəkilən ifaçılar iştirak edəcəklər.

Düşünürəm ki, mənə qarşı növbəti haqsızlıqdır. 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasından gəlmişəm. Mən uşaq deyiləm, 49 yaşım var, illərdir sənətdəyəm.

AzTV ilə problemim yoxdur, yəqin ki, onların mənimlə problemi var. Bundan da düşünürəm ki,rəhbərliyin xəbəri yoxdur. Bilmirəm. Niyə belə şeylər baş verir? Onların gətirdiyi səbəb deyil. Sən demə AzTv-də qadağadayam".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər