Məşhur stilist Anar Ağakişiyev Xalq artisti Röya Ayxan və Natavan Həbibinin imic oxşarlığı qalmaqalına münasibət bildirib.
Anar Ağakişiyev Teleqraf.com-a açıqlamasında bu haqda danışmaq istəmədiyini deyib:
"Mənim xarici müğənnilərlə işlədiyimi, statusumu bilirsiniz. Belə xırda qalmaqallarda adımın hallanmasını istəmirəm".
Qeyd edək ki, hər iki müğənni imic dəyişikliyi edərək saçlarını uzadıblar. Röya Ayxanın imici üzərində stilist Anar Ağakişiyev, Natavan Həbinin isə stilist Qusik Simon işləyib. Bu səbəbdən sənətçilər arasında qalmaqal yaranıb.
Saytımıza yaxın mənbədən daxil olan məlumata görə, fotosessiyanı Röya Ayxan aprelin 21-də, Natavan Həbibi isə aprelin 25-də təqdim edib.
Bunun təsadüf olmadığı və qarşı tərəfə məlumat ötürüldüyü də ehtimal edilir.
Əlavə edək ki, Natavan Həbibi İnstaqramda hekayə bölümündə stilist Anar Ağakişiyevi işarələyərək "Sən oynayırsan?" deyib.