2 Oktyabr 2014 10:31
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun məşhur cütlüklərindən biri valideyn olmaq sevincini yaşayır.

Məşhur aktrisa Mila Kunis və aktyor Eşton Katçerin qız övladı dünyaya gəlib.

Mila Kunisə yaxın mənbələrin kütləvi-informasiya vasitələrinə verdiyi məlumata görə, aktrisa oktyabrın 1-ə keçən gecə Los-Ancelesdə xəstəxanaya aparılıb və səhərə yaxın onun qızı dünyaya gəlib. Məşhur cütlük də bir çox Hollivud ulduzları kimi, "Cedars-Sinai" xəstəxanasını seçib.

Mila Kunis və Eşton Katçer 2012-ci ildən görüşürlər və hələ rəsmi nikaha daxil olmayıblar.

anspress.com


Müəllif: