2 Oktyabr 2014 21:32
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı aktyor Benedikt Kamberbetç çoxseriyalı "Boş tac: Qızılgüllərin müharibəsi" filmi çəkir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, çoxseriyalı dram Uilyam Şekspirin "6-cı Henrix" və "3-cü Riçard" pyeslərinin ekranlaşdırılmasıdır. Filmin premyerasının baş tutacağı BBC 2 telekanalı aktyorun İngiltərə kralı 3-cü Riçard rolunda ilk fotosunu paylaşıb.

Kamberbetçdən əlavə, serialda "Şerlok" serialı üzrə Benediktin həmkarı Endryu Skott (11-ci Lyudovik), Cudi Denç (York hersoqinyası Sesiliya), Sofi Okonedo (kraliça Marqarita), Hyu Bonnevil-Hamfri (hersoq Qloster), Salli Hokins (hersoqinya Qloster), Kili Houz (kraliça Yelizaveta) və Tom Starric (6-cı Henrix) çəkiləcək. Serialın rejissoru Dominik Kukdur.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər