18 May 2020 13:43
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Kərim Abbasov "Ay Zaur" verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Kərim Abbasov aparıcının "Deyirlər ki, qaynanan sənə ev bağışlayıb" sualını belə cavablandırıb:

"Mən heç vaxt hədiyyə götürməyi sevməmişəm. Bu qədər böyük hədiyyəni heç vaxt götürmərəm. Başa vurulmaqdan qorxuram. Ehtiyat igidin yaraşığıdır. Qaynatam həyat yoldaşıma ev bağışlayıb, mənim öz ev-eşiyim var. İnşallah sizi yaxın günlərdə evimə dəvət edəcəm. Yeni ev tikdirmişəm".

Kərim Abbasov prodüser Təranə Səmədova ilə evliliyindən də peşman olduğunu açıqlayıb: "O illərə xlor töküb ağardardım. Xlor hamını ağardır".

Müğənni on il əvvəl dəlixanada yatdığını da etiraf edib: "Ağzımı, əlimi bağlamışdılar".

Qeyd edək ki, Kərim Abbasov ikinci dəfə evlənib. Onun bu nikahından Yusif adlı bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər