Xəbər verdiyimiz kimi bu gün gecə saatlarında sosial şəbəkələrdə xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayılıb.
Teleqraf.com xəbər verir ki, xalq artistinin qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxsin görüntüsünü İnstaqram səhifəsində paylaşıb.
O, həmim şəxsin xaricdə yaşayan blogger Orxan Ağayev adlı şəxs olduğunu açıqlayıb.
Mehriban Zeynalova Orxan Ağayevi hədələyib: "Cəsarətin çatırsa, Bakıya gəl. Səninlə təkbətək görüşməyə hazıram. Onda bilərik, aslan kimdir, çaqqal kim..."