19 May 2020 20:53
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ulduz Meqan Foks ilə Brayn Austin boşanır.

Teleqraf.com xəbər verir ki, karantin günlərini ərindən ayrı keçirən Foks indi də “Machine Gun Kelly” ləqəbi ilə tanınan repçi Kolson Beyker ilə münasibətdədir.

Bir neçə gün əvvəl aktrisa Kolsonla birlikdə onun evinin yaxınlığında avtomobildə görüntülənmişdi.

Sosial şəbəkələrdə arvadının şəkillərini görən Brayan bu məsələyə belə münasibət bildirib:

“Kəpənəklər üçün gec, ya tez eyni çiçəkdə oturmaq cansıxıcı olur. Onlar boğulmağa başlayırlar. Böyük və kəşfedilməmiş dünyanı öyrənmək istəyirlər."

2010-cu ildə ailə həyatı quran cütlüyün 3 övladı var.


Müəllif: Teleqraf.com