"Kürəkənim mənə qadağalar qoyur".
Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Ona qalsa" verilişində deyib. O bildirib ki, kürəkəni Elxan ona bir çox verilişlərlə bağlı qadağalar qoyur:
"Nəvəm mənim kimi aksesuarları sevir. Gecə kürəkənim şəkil atıb ki, baxın, ağzına qaşlı əmzik alıb yatıb. Kürəkənim mənimlə fəxr edir. Elxan istəyir ki, Səmərrux mənim tərzimdə geyinib, janrımda oxusun.
Hətta mənə məsləhətlər də verir ki, ora getməyin, bura getməyin. Ora geridə qalıb. Məsləhətlər edir ki, istəyərdim bunu belə edin, elə olsun. Yaradıcılıq tərəfdən məsləhətləri olur.
Qızım Gülşəndə də ekstravaqantlıq var".