38 yaşlı məşhur aktrisa Keyt Uinslet “Marie Claire” jurnalına maraqlı açıqlamalar verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa iş və şəxsi həyatı haqqında bunları deyib: “Çoxları bunun nə qədər çətin olduğunu söyləməz. Bu tip şeyləri danışmaq uyğun deyil. İşlər çətinliklə gedir. Evdəki həyatım və işdəki həyatım bir-birindən çox fərqlidir”.
O, Leonardo Di Kaprio dostluğundan danışıb:
“Leonardo 40 yaşına çatdı. Mənim də tezliklə 40 yaşım olacaq. Düşünürəm dostluğun uzun zamandır davam etməsinin səbəbi aramızda romantik əlaqənin olmamasıdır. İnsanlar “Titanik” filmindən sonra bunu gözləyirdi. Amma əsla aramızda belə münasibət olmayıb”.
Rüstəm