Xalq artisti Röya Ayxan İTV-də yayımlanan “Fatehin divanı” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan aparıcının "Sizin mental sakitliyinizlə bağlı türk mütəxəssisləri ilə ünsiyyətdə olduğunuzu deyirlər. Onlar Tarkana da kömək edirlər" sualına belə cavab verib:
"Bəli, əvvələr ən azından bir aydan bir həkim qəbulundan keçirdim. Hazırda yollar bağlandığına görə gedə bilmirəm. Amma Bakıda heç bir psixoloqa getməmişəm. Hardasa 2014-2015-ci ildən sonra başa düşdüm ki, əsəblərim yerində deyil. Kim nə deyirdisə, ağlayırdım. Həkimə getdikdən sonra başa düşdüm ki, bu məndə uşaqlıqdan qalan problemlərdir.
Mən heç yerdə tək qala bilmirəm. Yalnız İstanbuldakı evimdə yalqız qalıram. Mən olmayanda qadın həftədə bir dəfə gedib, oranı təmizləyir. Bunu hər kəs təsdiqləyər ki, mən orada olanda nə yemək bişirən gəlir, nə təmizləyən. Orada beynimi sakitləşdirirəm. Burada mümkün deyil".
Röya Ayxan fotosessiyasından da danışıb: "Məni qadınlar həyat yoldaşlarına qısqanmırlar. 38 yaşım var. Daxilən çox cavanam. Deyirəm ki, oğlum dünyanın ən xoşbəxt oğlandır. Çünki onun dostları, sevgililəri ilə münasibətdə olacam".