Türkiyənin ən gözəl və cazibədar aktrisalarından biri hesab olunan Fahriye Evcən çoxlu uşaq istədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Fahriyə Evcən son günlər yaraşıqlı aktyor Burak Özçivitlə yaşadığı sevgi romanı ilə gündəmdən düşmür. Cütlük hazırda “Kanal D”də yayımlanan “Kurt Seyit və Şura İstanbul” adlı serialda da birlikdə çıxış edirlər. İstedadı və gözəlliyi ilə diqqət çəkən aktrisa maraqlı açıqlaması ilə diqqət çəkib.
O, jurnalistlərin “Necə bir ailə arzulayırsan?” sualına belə cavab verib :
“Böyük ailəyə sahib olmaq arzumdur. Mən böyük bir ailədə böyümüşəm. Evdə 6 nəfər olmuşuq, gələcəkdə öz ailəmin də böyük olmasını istəyərəm. Çoxlu uşaq istəyirəm. Çünki qardaş, bacı insanın həyatında çox önəmli rol oynayır. İtaliyada da ailələr böyük olur. Bu tip ailələrdə ünsiyyət daha isti və səmimi olur. Heç vaxt tək qalmırsan, tutaq ki, qardaşına zəng edirsən. O, məşğuldursa, digərinə sözünü deyə bilirsən, həmişə dərdləşməyə adam tapırsan”
Rüstəm