4 İyun 16:57
1 217

Koronavirusa pandemiyasına görə karantin rejimini evində keçirən məşhur model İrina Şeyk Nyu-Yorkda küçədə görüntülənib.

Teleqraf.com xəbər verir ki, İrina Şeyk üç yaşlı qızı ilə paparazzi kameralarına tuş gəlib.

Bundan narahat olan model mətbuat nümayəndələrinə narazı üz ifadəsi göstərib. İdman üslubunda görüntülənən model qısa cins şortikini köynəklə tamamlayıb.

Qeyd edək ki, İrina Şeyk aktyor Bredli Kuper ilə evli olub. Onların bir qızı var.


Müəllif: Rəqsanə Həsənova