7 İyun 2020 09:00
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aparıcı və müğənni Seren Serengillə modelyer Tolqa Çam arasında qalmaqal yaşanıb.

Teleqraf.com xəbər verir ki, tərəflər bir-birini məhkəməyə verəcək.

Buna səbəb isə ötən günlərdə modelyerin etdiyi açıqlamadır. T.Çam bir neçə gün öncə sosial media hesabında məşhur birinə səhnədə geyinməsi üçün bir neçə libas verdiyini, ancaq geri qaytarılmadığını söyləyib.

S.Serengil isə aparıcılığını etdiyi verilişdə həmin şəxsin özü olduğunu bildirib və Tolqanı gündəmə gəlmək üçün belə bir addım atmaqda günahlandırıb:

“2018-ci ildə ona dəstək olmağımı istədi. Mən də iki libasını geyindim, təşəkkür etdim. Geyimləri barterlə göndərmişdi. İndi isə özünü reklam edir. Məhkəməyə vermişəm. Bədəlini ödəyəcək”.

T.Çam isə “Ona zəng edib libasları hədiyyə etdiyimi deyir. Belə bir şey yoxdur. Özü məni tapıb, yazışmalarımız hələ də qalır. 60 min lirə dəyərində 5 libas göndərdim, birini geri qaytardı. Qalanları özündədir. İndi mənə “yeniyetmə” deyir, paltarlarımı geyinəndə “ən yaxşı modelyer” deyirdi. Onun reklamına ehtiyacım yoxdur” sözləri ilə aparıcıya qarşılıq verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər