"Avrovizya-2011"in qalibi Eldar Qasımov "Until the end" ("Sonadək") adlı mahnısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, mahnı üzərində beynəlxalq heyət çalışıb.
Mahnının bəstəsi Sebastian Ekstrand və Georgios Kalpakidisə, sözləri isə Nikos Sofis və Georgios Kalpakidisdirə aiddir.
“Until The End” elektronik tərzdə orta templi pop mahnısıdır. Bu mahnı qəribə, riyakarlıq və qarışıq hisslərlə dolu bir dünyada alnıaçıq və mübariz yaşamağa cəhddən bəhs edir. Musiqi müasir radio-pop üslubundadır.
Eldar yeni mahnısını bu sözlərlə təsvir edib: “Həyat çətindir. Bəzən qaçılmaz seçimlər olanda daha sərt olur. Hər qərar enerji və güc tələb edir. Ağıllı qərarlar, seçimlər etməliyik, çünki onlar xəritələr kimidir. Bu xəritələrin əziyyətli yolları ilə əynimizdə zireh, başımzda dəbilqə ilə gedəndə ən əsas və vacib şeyi unutmamalıyıq, sona qədər!”
Rəqsanə Həsənova