Xəzər televiziyasının rəhbəri, xalq artisti Murad Dadaşov koronavirusa yoluxan dostu, əməkdar artist Bəhram Bağırzadə haqqında duyğusal paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Murad Dadaşov sosial şəbəkədə Bəhram Bağırzadə haqqında bu sözləri yazıb:
"Dostum-qardaşım! Bəhramımız! Sən tək ailən və dostların üçün yox, hər kəs üçün dəyərli və əziz insansan. Əmin ol ki, bütün Azərbaycanın duaları səninlədir. Sən həmişə imanınla seçilmisən. Allah səni qorusun!
Sənin yaxşı bir sloqanın var: pozitiv ol! Pozitiv olaq, dostum! Biz hamımız yanındayıq, tez sağal! Səndən şad xəbər gözləyirik! Zəng elə! Səsin gəlsin!".
Qeyd edək ki, koronavirusa yoluxan Bəhram Bağırzadə Mərkəzi Gömrük xəstəxanasındadır. O, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva nəzarətindədir.