Şairə Nazilə Səfərlinin dünyasını dəyişən əmisinin nəşi Rusiyada qalıb.
Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli bu haqda aparıcılıq etdiyi "Ona qalsa" verilişində məlumat verib:
"Əmimin nəşi neçə gündür ki, morqdadır. İcazə vermirlər ki, vətənə gətirək. Öz millətimizin qədrini bilməliyik".
Qeyd edək ki, koronavirus pandemiyasına görə, dövlətlər arası sərhədlər bağlıdır.