23 İyun 2020 16:17
2 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Tacir Şahmalıoğlu əməkdar artist Qorxmaz Əlilinin ünvanına ağır ittihamlar səsləndirib.

Teleqraf. com xəbər verir ki, o, "Show news" verilişində bu sözləri deyib:

"Qorxmaz Əlili var idi, Şou Əlili... İndi yaşayıb-yaşamadığını bilmirəm. Mənə dedi ki, sizin kimi oxuyan lazım deyil. Mənə primitiv ifaçı lazımdır ki, pul qazanım. Görün insanı düşüncəsi nə qədər dayazdır ki, bu adam pul qazanmaqdan ötrü sənəti yox etmək istəyir. Musiqini şouya çeviriblər. Musiqi bazarda alver vəziyyətinə gəlib.

Gərək şou-binzesdə kişi olmayasan. Qaşını aldırasan ki, sənin işin getsin. Mən dodağımı slikon etməliyəm ki, yolum açılsın. Səhnəyə kişi kimi çıxa bilmərəm?

Mənim milyonlarla pərəstişkarım var. Deyirlər ki, sizin oxumağınızdan çox kişiliyinizə pərəstiş edirik".

Müğənni gənclərin geyimini də məsxərəyə qoyub: "Cırıq cins şalvar geyinirlər, elə bil it dişləyib. Qəşəng kişi geyimləri var. Biabırçılıqdır...Gərək cinsin ortası cırıq olsun?"


Müəllif: Rəqsanə Həsənova