25 İyun 2020 13:20
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı, müğənni Aysun İsmayılova omba əməliyyatı keçirməsi haqqında yayılan xəbərlərə sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

"Dərdiniz qurtarıb? Koronavirus nə vaxt bitdi, xəbərim olmadı. Yəni bu zaman bu qədərmi boş-bekarsınız. Heçmi probleminiz yoxdur? Mənim əməliyyat edib-etməməyimdən sizə nə? Sizə hesab verməliyəm? Əməliyyat etmişəmsə, əcəb eləmişəm. Ailəm və mən bilərəm. Başqa heç kimə dəxli yoxdur. Sirat körpüsündə mənim yerimə siz cavab verəcəksiniz?

Arxamca danışan insanlara deyəcəyim bir söz var: can ağrısından və məcburiyyətdən nəsə etmişəmsə, başınıza gəlsin. Bundan sonra bu söhbətə görə heç kim narahat etməsin".

Qeyd edək ki, bir neçə gün öncə Aysun İsmayılovanın omba əməliyyatı keçirdiyi haqqında xəbər yayılmışdı.

Müğənni omba əməliyyatı deyil, bədənini korreksiya etdirdiyini açıqlayıb.


Müəllif: Rəqsanə Həsənova