25 İyun 2020 16:27
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Surinin "Kişi hansısa qadınla cinsi əlaqədə olursa, mən ona xəyanət kimi baxmıram" fikri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Teleqraf.com xəbər verir ki, Nura Suri onun fikrini düzgün başa düşməyənlərə cavab verib:

"Yalnız başlığı oxuyub gic-gic fikir bildirənlər, çox gülünc görünürsünüz. Hamınız deyirsiniz ki, xəyanət etməyən kişi yoxdur. Əfsuslar olsun ki, bu, belədir. Bunu sevmədiklərinə görə etmirlər, elə sevə-sevə də edirlər. Əgər siz xəyanəti bilib dava-dalaş salacaqsınızsa, sonra bağışlayacaqsınızsa, bu, ən böyük səhv olacaq, hörmətiniz qalmayacaq.

Susmaq və görməzlikdən gəlmək onu vicdanı ilə buraxmaqdır. Yaxşı, siz bağışlamayın və ayrılın, ailənizi dağıdın. Bəs sonra?

Mən verilişdə dedim ki, ayrılıb ailə qurmuşam, amma hamıda nəsə bizi qane etməyən səhvlər var. Mən ilk həyat yoldaşımdan xəyanət etdiyinə görə ayrılmamışam, yalan danışdığını üzünə vuranda əl qaldırırdı və dava-dalaş düşürdü. Ailəmizdə zorakılıq var idi. Mənim də həyat təcrübəm yox idi. Hər ikimiz təcrübəsiz idik və həyatın qəlizliklərini bilmirdik. Mən mələk deyiləm, insanam və hamı kimi səhvlərim və doğrularım var.

Mənim ailəm dağılıb, sizinki dağılmasın. Azərbaycanda boşanan qadına söz deməyi özünə borc bilən qonşu ya tanışı var. Kişilərə rahat bağışladığımızı qadınlara keçə bilmirik".

Nura Surinin fikrincə, xəyanət daha böyük məna kəsb edir: "Bir az geniş, dərin düşünün və hər kəsin subyektiv fikrinə hörmətlə yanaşın. Hər şeyi xırdalayıb deməliyik ki, hüceyrələri ölmüş beyniniz düzgün anlasın? Sizin haqqımda dedikləriniz məni yox, özünüzü əks etdirir".


Müəllif: Rəqsanə Həsənova