8 Oktyabr 2014 00:37
3 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur maneken Heidi Klum bir müddət əvvəl ayrıldığı həyat yoldaşı müğənni Seal ilə görüşüb.

Keçmiş cütlük Californiyada uşaqları Leni, Henry, Johan və Lounun oynadığı futbol matçını birlikdə izləyib. Boşanmalarına baxmayaraq, hələ də yaxşı dost olan cütlük yan-yana oturaraq uşaqlarına dəstək oldu. Klum və Seal daha sonra dörd uşağını da götürərək alış-verişə gedib.

Bir zamanlar tanınmışlara nümunə göstərilən Klum və Seala digər ailə üzvləri də yoldaşlıq edib. 40 yaşlı Heidi Klum qısa cins şortu və qara koftası ilə də ətrafdakıların diqqət mərkəzində olub.

Nihad


Müəllif: