29 İyun 2020 10:30
3 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva "Hüseynova bacıları" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Tünzalə Əliyeva səhhətindən danışıb: "Tez-tez şüadan, kimyaterapiya zamanı komaya düşürdüm. Təsəvvür edin, dörd-altı saat dünyadan təcrid olub, yatırsan. Heç nə eşitmirsən, görmürsən. Bu müddətdə uşağı yedizdirmək, evi idarə etmək həyat yoldaşımın üzərinə düşür. Əslində, bütün Azərbaycan kişilərinə belə olmağı arzulayıram. Hər zaman həyat yoldaşlarının yanında olsunlar.

Təbii ki, hər qadın istəyir ki, sağlam həyat yaşasın. Son zamanlar düşünürəm ki, görəsən, ailə qurmağı düzmü etdim? Mənim həyatıma gəlməyi ilə ona heç nə qazandıra bilmədim. Fikirləşirəm ki, o, baçqasıyla ailə qursaydı xoşbəxt olardı. Mən öz xəstəliyimə görəı onu xoşbəxt edə bilmədim.

Amma biz qəbir evinə qədər xoşbəxt olacağıq. Allah bizə ömür versin ki, övladımızı böyüdə bilək. O, mənə bir kəlmə söz dedi ki, "saçlarım ağarana qədər yanında olacam. Səndən sonra heç vaxt ailə qurmayacam".

Demək istəyirəm, xoşbəxt qadınlardanam ki, yanımda əsl Azərbaycan kişisi var. Çox çətin günlər yaşadım. Günlərlə övladımı görmürdüm. Ayağa qalxa bilmirdim. Məni güclə ayağa qaldırırdı, eyvanda otuzdururdu. Çox pozitiv insandır, deyirdi ki, sağalacaqsan, hər şey yaxşı olacaq".

Qeyd edək ki, Tünzalə Əliyeva Röyal adlı şəxslə evlidir. Cütlüyün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər