6 İyul 2020 11:08
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur stilist Elnur Həsənov qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Teleqraf. com xəbər verir ki, o, "ATV maqazin onlarla" verilişində "33 sual" rubrikasının qonağı olub.

Stilist müxbirin "Hansı müğənni ilə işləməyə yox cavabı vermisən?" sualına cavabda bildirib ki, işinin çoxluğu səbəbilə Damlaya yox deyib: "Çəkiliş elə bir şeydir ki, bir gün öncə deyilməməlidir. Sıradan bir iş görmürük ki, deyilən kimi filan işin dalınca qaçaq".

"Anar Ağakişiyev ilə illərdir sürən soyuq müharibənin səbəbi nədir?" sualına Elnur Hüseynov belə cavab verib:

"Mən tərəfdən atmacalar eşidə bilməzsiniz. Elə insanlar var ki, onlar mənim üçün əhəmiyyət kəsb etmir. Onlar üçün mən maraqlıyam, ona görə də efirdə istədiklərini danışırlar. Qalmaqalın səbəbini bilmirəm. Yəqin ki, qısqanclıqdır".

Elnur Həsənov Anar Ağakişiyevlə arasını müğənni Nigar Camalın pozduğunu deyib. O, müxbirin "Nəslihan Atagülün ağlamasını Nigar Camala demisiniz, o isə bu xəbəri Anar Ağakişyevə çatdırıb" fikrinə belə münasibət bildirib:

"Birincisi, mənim Nigar Camalla yaxınlığım yoxdur. Sadəcə Nigar Camal aravuranlıq elədi. O, yalandan Anara xəbər verdi ki, guya Nəslihan Atagülün Anar Ağakişiyevin makiyajını bəyənmədiyinə görə əsəbiləşib. Amma üstündən bir ay keçmədi, özləri biabırçılıqla bir-birilərinin mesajını efirlərə verdilər. Ara vurmağı sevən adamlar var.

Nigar Camal özü məndən fotosessiya xahiş eləyib. Anar Ağakişiyevə isə deyib ki, Elnur Həsənov deyir, səni fotosessiya edim".

"Röya Ayxanı Anar Ağakişiyevlə paylaşanda qısqanmırsan?" sualına Elnur Həsənov yox cavabı verib: "Xeyr, hər kəs öz işində azaddır. Anar Ağakişiyev Röya Ayxanla bir fotosessiya edib. O şəkillərdən isə bəzilərini bəyəndim, bəzilərini yox.

Natavan Həbibi ilə imic oxşağlına görə qalmaqal yaşandı. Bu, nə Röya Ayxanın, nə də Natavan Həbibinin səhvidir. Bu, ortada onu edən insanın səhvidir. Bu, Röya Ayxana lazım deyildi. O, artıq möhürünü vurmuş müğənnidir".

O, həmkarı Anar Ağakişiyevin "Avroviziya" zamanı ondan oğurluq etməsi haqqında ittihamına da cavab verib:

"Nə oğurluğu... Bu sferada heç birimizin heç birimizdən fərqimiz yoxdur. O, işlədiyi müğənnilərlə mən də işləyirəm, o da işləyir. Bizim "Avroviziya" zamanı masalarımız ayrı idi, hətta aramızda iki nəfər adam da var idi. Gəlsin sübut etsin ki, hansısa layihəsini oğurlamışam. İnsanın işi bitəndə gündəm yaratmağa başlayır. O insan da gündəm yaratmağı sevən insandır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər