6 İyul 2020 17:22
3 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova oğlu Cahad Hacıyevin sosial şəbəkədəki paylaşımına münasibət bildirib.

Xalq artisti Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Cahad aztəminatlı ailələr üçün hazırladığı və üzərində altı ay işlədiyi layihəyə pulu öz cibindən xərclədi. Ona görə ki, aztəminatlı ailələrdən olan şagirdlər pul xərcləmədən ailə təhsil ocaqlarına daxil olsunlar. Layihəni hazırladı və yaydı. Məhz buna görə kasıblara sataşıb?! Xeyr, biz hamımız kasıbıq. Bütün dünya koronavirusa görə stress içindədir, hamı yaxınlarını itirir.

Hər gərgin sitiuasiyanı zarafatla deyən şəxslər intellektual insanlardır. Sözbazlıq edib, kiminsə fikrini təhrif edən bəzi insanlara təəccüb edirəm. Oğlumun layihəsi bəzilərinin qısqanclığına səbəb olduğu üçün yanlış fikir formalaşdırmaq istəyirlər.

"Fairmont"da bir neçə vətəndaşın etdiyi səhvi zarafatyana istehza ilə paylaşdığına görə Cahadın sözləri müəyyən insanlar tərəfindən təhrif olunaraq instaqram səhifələrinə yerləşdirilib. Bu məntiqsiz fikirləri anlamaq çətindir. Mən fəxr edirəm ki, oğlum yıxılana balta vurmaq vərdişindən uzaqdır. Biz çoxmillətli ölkəyik, amma heç vaxt ayrı-seçkilik salmamamışıq. Bu nə deməkdir ki, milləti təhqir etmək istəyir? Bu sözün məntiqi izahı yoxdur".

Brilliant Dadaşova oğlu Cahad Hacıyevin şərab biznesi qurması haqqında yayılan məlumatlara da aydınlıq gətirib: "Cahadın bu obrazla şəkil çəkdirməsinə görə bəzi insanlar yazıblar ki, guya şəxsi şərab biznesi var. Buna görə bəzi insanları məsuliyyətə cəlb elətdirəcəm. İnsan bəyəm Eyfel qülləsi qarşısında şəkil çəkdirəndə bu, qüllənin ona məxsus olması anlamına gəlir?

Bəli, Cahad orada təxminən dörd-beş ay işlədi, Türkiyədən yeni gəlmişdi və iş tapa bilməmişdi. Bir dostumuz onu işə götürdü. Cahad şərab şüşəsinin dizaynını verdi və ondan sonra oradan çıxdı. Bu o deməkdir ki, Cahadın şəxsi şərab biznesi var? Bu nə qədər cəfəngiyyatdır? İnsan harada işləyirsə, oranın sahibi olur?

Cahadın özü də maqazin verilişlərinin birində bu haqda məlumat vermişdi. Demişdi ki, şəxsi biznesi yoxdur və orada işçi kimi çalışır".

Qeyd edək ki, Cahad Hacıyevin sosial şəbəkədə "Fairmont Baku” hotelində baş verən olaya münasibət bildirib. Onun "Ay işverənlər, siz ona görə incimisiniz ki, "Fairmont"a dəvət etməyiblər" - deyə, qeyd etməsi birmənalı qarşılanmayıb.


Müəllif: Rəqsanə Həsənova