Koronavirusa yoluxan xalq artisti Nəzakət Teymurova səhhəti haqqında danışıb.
Xalq artisti Teleqraf.com-a açıqlamasında səhhətinin normal olduğunu deyib.
"Yaxşıyam. Dövlət başçımız İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Səhhətimlə bağlı həkimlər çalışır. Allah hər kəsə can sağlığı versin. Xəstəxanada palatadayam və ikitərəfli soyuqdəymə olub", - deyə bildirib.
Qeyd edək ki, Nəzakət Teymurovanın səhhətini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nəzarətə götürüb. Xalq artisti ötən gün modul tipli xəstəxanaya yerləşdirilib.