Türkiyənin TV8 kanalında yayımlanan "Survivor 2020" yarışmasının iştirakçısı olan kikboks üzrə dünya çempionu, "Qəbələ" İdman Klubunun üzvü Pərviz Abdullayev vətənə qayıdıb.
Teleqraf.com xəbər verir ki, Pərviz Abdullayev bu gün səhər saatlarında Bakıya gəlib.
Qeyd edək ki, Pərviz Abdullayev "Survivor 2020" yarışmasında "Ünlülər" komandasında yarışıb. Dominikandan Türkiyəyə gələrkən koronavirus pandemiyasına görə, karantində olub.