Koronavirusdan sağalan məşhur aktyor İdris Elba etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, koronavirusun simptomlarını hiss etməyən 47 yaşlı aktyor epidemiyanın onun psixi sağlamlığına mənfi təsir etdiyini açıqlayıb:
"Virus mənə psixi cəhətdən çox pis təsir etdi, çünki virusla bağlı bilinməyən çox şey var. Məndə başqalarında olduğu kimi virusun simptomları yox idi".
Qeyd edək ki, mətbuatda aktyorun pul müqabilində virusa yoluxması haqda xəbərlər də yayılmışdı.