25 İyul 15:58
2 741

Müğənni Şəbnəm Tovuzlunun Novxanıda yerləşən villasını 600 minə satdığı haqda xəbər yayılıb.

Xəbəri təsdiqləyən Şəbnəm Tovuzlu Teleqraf.com-a açıqlamasında "Dəyişiklik istəyirəm və gələn yaya qədər yeni villa almağı fikirləşirik. Şükür Allaha hər hansı maddi problem yoxdur"-deyə, qeyd edib.

Qeyd edək ki, bu haqda elan saytlarının birində məlumat verilib. Villa 365 kvadratmetr sahəyə malikdir və ikimərtəbəlidir.


Müəllif: Rəqsanə Həsənova