ABŞ-da “7-ci Cənnət” serialındakı rolu ilə şöhrət qazanan aktrisa Sara Danielle Medison 40 yaşında həyatını itirib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, əsl adı Sara Danielle Qoldberq olan ulduzun anası Cudi Qoldberq “Yatmağa getdi və bir daha oyanmadı” söyləyib. Sentyabrın 27-də həyatını itirən aktrisanın ölüm səbəbi yarılma nəticəsində müəyyən olacaq. Ancaq həkimlər ürəyindən qaynaqlanan narahatlıq nəticəsində məşhur ulduzun öldüyündən şübhələnir.
Qoldberqin anası “SunTimes”a verdiyi açıqlamada "Tibb üzrə oxumaq istəyirdi, amma bunun yerinə “7-ci Cənnət”də 3 il bir həkimi obrazını canlandırdı" deyə danışdı.
Qoldberq həmçinin "Jurassic Park III" və "Ən Yaxşı Yoldaşımın Toyu" filmlərində də rol alıb.
Rüstəm