İsveç krallığı şahzadə Karl Filiplə model Sofiya Hellqvistin nişan şəkillərini mediaya təqdim edib.
Teleqraf.com xəbər verir ki, cütlüyün Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltona oxşamağı diqqətini çəkib.
Nişandan sonra geyim tərzini dəyişən 29 yaşlı model daha mühafizəkar paltarlara üstünlük verir. O, saçlarının ucunu burmaq və mavi paltar seçməklə tamamilə Keyt Middltonu təkrarlayır.
Model keçmişdə olduqca açıq-saçıq şəkillər çəkdirib.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm