Xalq artisti Faiq Ağayev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, xalq artisti sosial şəbəkədə yayılan videoda anasını təhqir edən şəxsi sərt şəkildə tənqid edib: "Təsadüfən bu video Feysbukda qarşıma çıxdı. Kaş görməmiş olaydım. Qanım dondu. Kimliyindən, vəzifəsindən asılı olmayaraq, bu kəs, birmənalı olaraq, cəhənnəm odunda yanacaq.
Bizim vəzifəmiz onu bu dünyada da məsuliyyətə cəlb etməkdir.
İddia edilir ki, doğma yaşlı anasının evinə gələrək, onu təhqir edən və xəsarət yetirmək istəyən bu şəxs - Bakı şəhər BPİ-nın BDYP əməkdaşıdır.
Sosial mediada bir çox mənbələrdə hətta adı da qeyd olunub. Bu qəbulolunmaz, əxlaqsız rəftarı Azərbaycan kişisinə, polis əməkdaşının etik davranış qaydalarına zidd, nalayiq hesab edirəm.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, rica edirəm ki, bu hadisə ilə bağlı araşdırma keçirəsiniz".
Qeyd edək ki, sosial şəbəkədə həmin şəxsin Bakı şəhər BPİ-nın BDYP əməkdaşı olduğu qeyd edilir.