11 Sentyabr 2020 10:50
2 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Azərbaycan Televiziyasında yayımlanan “ATV Xəbər” proqramının aparıcısı Lalə Azərtaş kanaldan ayrılıb.

Teleqraf.com xəbər verir ki, Lalə Azərtaş sosial mediada Xəzər televiziyasında fəaliyyətinə davam edəcəyini bildirib.

"Bu gün tamaşaçıların görüşünə sonuncu dəfə gələcəm. Tamaşaçıların bəziləri gedişimlə bağlı fikir bildirəndə vurğulamışdı ki, maddiyat üçün illərdir işlədiyi yerdən getməz. Yəqin ki, nə isə səbəb olub. Bəli, əzizlərim səbəb var. Amma səbəbi məndə qalsın. Düşünürəm ki, ATV mənə uğur qazandırıb, püxtələşdirib. İnanıram ki, özünə yenə gözəl sima yetişdirəcək. Əziz tamaşaçılar, sizinlə yenidən görüşmək ümidi ilə".

Qeyd edək ki, Lalə Azərtaş bir neçə gün öncə Xəzər televiziyasının rəhbəri Murad Dadaşov tərəfindən kanala dəvət edildiyini, amma hələlik ATV-də fəaliyyətinə davam edəcəyini bildirmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər