Müğənni Rəsul Əfəndiyev yeni klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, sənətçi musiqisi Şəhriyar Nağıyevə, sözləri Orxan Əhmədiyə məxsus “40 gün uzağı” mahnısını ekranlaşdırmaq qərarına gəlib. O, klip çəkilişini Cavid Orucluya həvalə edib. Azər Kərimovun prodüserlik etdiyi layihədə Milli Məclisin sabiq deputatı Ceyhun Osmanlının oğlu Yaqub Osmanlı yer alıb.
Klip sənətçinin yutub kanalında yayımlanıb.