Türkiyəyə istirahətə gedən müğənni Xatirə İslam orada xəstəxanaya düşüb.
Teleqraf.com xəbər verir ki, Xatirə İslamın səhhətində problem yaranıb: “Hər şey normaldır, narahat olmayın. Mədəmdən müalicə alıram, səkkiz il idi əziyyət çəkirdim. Görək bundan sonra necə olacaq? Yəqin çox yeməkdəndir. Plastik əməliyyat etdirdiyimi düşünənlərə isə demək istəyirəm, hələ elə bir fikrim yoxdur. Çəkim 59 kilodan 76 kiloya yüksəldi. Bakıda elətdirdiyim qeyri-peşəkar müalicəyə görə bu vəziyyətə düşdüm. Dərmanlar məni məhv elədi.
Oğlum Emilə bacı və yaxud da qardaş arzulayırdım. Amma müalicə çox uğursuz oldu. Sonunda bu çəkiyə gəldim. Can ağrıyanda insana gözəllik və estetik əməliyyat maraqlı gəlmir. Mənim üçün dualar edin, sağ-salamat evimə, ailəmə gəlim”.
Qeyd edək ki, Xatirə İslam Fəxrəddin adlı şəxslə evlidir. Cütlüyün bir oğlu var.