30 Sentyabr 2020 11:34
6 805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ermənistan mətbuatı Xalq artisti Faiq Ağayevin “Azərbaycan” klipini regionda sabitliyi pozma təhriki kimi qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, bu haqda Faiq Ağayevin özü məlumat verib: “Rusiya və Ermənistan mətbuatı AzTV-də yayımlanan klipimi müharibəyə çağırış, regionda sabitliyi pozmağa təhrik kimi qiymətləndirir.

Açıq bəyan edirəm, qoy eşitsinlər, şanlı, şücaətli, qüdrətli Azərbaycan Ordusu müqəddəs bayrağımızı azad edilən torpaqlarımızda dalğalandıranda ürəyim dağa dönür! Fəxr edirəm, qürur duyuram, xoşbəxtəm! Qarabağ Azərbaycandır!”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər