15 Oktyabr 2020 12:49
2 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Sinan Akçıl Azərbaycana dəstək olub.

Teleqraf.com xəbər verir ki, Sinan Akçıl İnstaqramda ordumuzun Suqovuşana asdığı bayrağı paylaşaraq bu sözləri yazıb: "Həqiqi qəhrəmanlıq istəyirsən, buraya bax! Bütün qəlbimlə: keçmiş olsun, Gəncə!"

Müğənni daha sonra həmkarlarını Azərbaycana dəstəyə çağırıb: "Azərbaycandan mən də daxil olmaqla pul qazanmış, hər dəfəsində möhtəşəm qarşılanmış, sevgiyə boğulmuş həmkarlarım, siz də duyarlı olun!".


Müəllif: Rəqsanə Həsənova