15 Oktyabr 2020 14:28
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Murad Arif “MTV Azərbaycan” kanalında musiqili depertamentin direktoru vəzifəsindən ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Murad Arifin özü sosial şəbəkədə məlumat verib:

“İyunda bəzi jurnalist dostlar MTV kanalına təyinatımla bağlı xəbərlər paylaşdı. O vaxt da söylədim ki, bəli, dəvət var, müzakirə gedir, dəqiqləşən kimi, açıqlama edəcəm. Güman edirəm ki, bunu bu gün yazmalıyam. Sentyabrdan etibarən məni sevimli MTV ilə yalnız gözəl münasibətlər birləşdirir. Bundan başqa heç bir əməkdaşlığımız yoxdur. O vaxt da söyləmişdim ki, yaradıcılığım, öz verilişim və şəxsi biznesimlə yeni vəzifəyə zaman ayıra biləcəyimdən əmin deyiləm. Ona görə də, çox dəyərli MTV rəhbərliyindən, özüm üçün sınaq müddəti istədim və çox qısa müddətdə kanalla əməkdaşlıq etdim. Öz növbəmdə MTV rəhbərliyinə dəvət üçün minnətdarlığımı bildirir və bütün əməkdaşlarına sevgilərimi göndərirəm. Hər zaman dediyim kimi, yenə söyləyirəm, MTV bütün sənət dünyasına lazımdır. Uğurlar olsun doğma kanalımıza".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər