11 Noyabr 2020 09:14
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rasim Balayev Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Rasim müəllim, torpaqlarımız işğaldan azad edildi. Qələbə xəbərlərini necə qarşıladınız?

- Gecə gec yatdım, həmişə tez yatırdım. Televiziyaları izlədim, təbii ki, sevinc göz yaşları oldu. Şükür Allaha ki, mən bu günü gördüm. Adam bundan sonra adam yaşamaq istəyir, ölsəm də qəm yemərəm. Yaş da öz sözünü deyir. Mən bir neçə demişəm, işğal altında olan torpaqlarımızı azad edə bilməmək, bizə xəcalət, başıaşağılıq gətirirdi. Şuşanın, Ağdamın və digər rayonlarımızın ermənilər tərəfindən işğal edilməsi və həmin faciəli günlər gözümün önündə idi. Allaha şükürlər olsun ki, bu gün torpaqlarımızın alınmasını gördüm. Allah Ali Baş Komandanımıza, ordumuza can sağlığı versin. Prezidentimizin gözəl sözü var, nəyi nə vaxt edəcəyimizi gözəl bilirik. Söz tapa bilmirəm, bu çox böyük qələbədir. Sevincimin həddi-hüddudu yoxdur.

- Öncə hansı şəhərimizə getmək istəyərsiniz?

- Mən 1986-cı ildə ailəmi Şuşaya aparmışdım. Uşaqlarım balaca idi, orada üç-dörd gün qaldım və övladlarıma Cıdır düzünü göstərdim. İsa bulağında oturduq, o gözəl torpaqlarımızda çörək yedik. O zaman Şuşalılar mənə dedilər ki, bunların başqa fikri var. Deyirlər ki, aşağı Qarabağı da alacağıq. Sən demə onlar buna hazır imiş. Hər il yadıma Cıdır düzü, İsa bulağı, Turşsu yadıma düşürdü. Arzu edirdim ki, Şuşaya gedib, sevincimdən o torpağı öpüb, ağlayacam. İşğaldan azad edilmiş bütün torpaqrlamıza getmək istəyirəm. Gecə saat 2-də yatdım. Bilirdim ki, Şuşa alınıbsa, digər məsələlər həll olunacaq. Səhər-səhər gəlinim mənə zəng edib, təbrik etdi.

- Qarabağa sülhməramlıların gəlməsinə münasibətiniz necədir?

- Bu, beş illik müqavilədir və prezidentimiz İlham Əliyevin təkidi ilə orada türklər də olacaq. Naxçıvan Muxtar Respublikasına quru yol ilə gedib gələcəyik. Hər şey qaydasına düşəcək. Dövlətlərarası siyasi bir sazişdir. Onun bizə ziyanı olmayacaq. Qələbəmiz hələ də mənə yuxu kimi gəlir. Mən çox xoşbəxt insanam ki, bu qələbəni görə bildim. Halal olsun Ali Baş Komandamıza, ordumuza, millətimizə. Həqiqətən də uzun müddət xəcalət hissi ilə yaşayırdım və bunu bir neçə yerdə başıma vurmuşdular. Başqa ölkələrdə müxtəlif tədbirlərə gedəndə görürdüm ki, ermənilər bizə ironiya ilə baxırdılar. Ermənilər özlərini qəhrəman xalq hesab edirdilər, biz bunları aradan götürdük. Azərbaycan xalqı səbrlə öz işini gördü və göstərdi ki, Azərbaycan xalqı Koroğlular və Babəklər nəslindədir. Azərbaycanın xəcaləti aradan qalxdı. Allaha şükürlər olsun!.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər