12 Noyabr 2020 16:14
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkədə əsgərlərimizlə fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva İnstaqramda qələbə sevincini belə dilə gətirib:

"Bu gün bu sevinci yaşayırıqsa, sizlərin sayəsindədir. Sizin mərdliyiniz, qorxmazlığınız və gücünüz sayəsində sizinlə fəxr edirik, qürur duyuruq. Evlərinizə sağ-salamat qayıdın. O nur üzlü analarınızı sevinirdirin. Şəhid anaları, bizi bağışlayın, sevinirik, amma əminəm ki, indi siz də o sevinci bizimlə bölüşürsünüz.

İgid balalarınızın qanı yerdə qalmadı. Bu müharibə hamımızın düşüncə və həyatını dəyişəcək. Daha həmrəy olacağıq. Allah bizi bir-birimizə çox görməsin".


Müəllif: Rəqsanə Həsənova