18 Noyabr 2020 16:00
3 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibinin həyat yoldaşı reper Dadodan (Səid Əliyev) boşanması haqda xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, cütlüyə yaxın mənbədən daxil olan məlumata görə, Natavan Həbibi ilə Dado boşanıb.

Eyni zamanda Dado İnstaqram səhifəsində Natavan Həbibi ilə fotosunu paylaşaraq “Çox heyif, biz boşandıq”-deyə, qeyd edib.

Qeyd edək ki, Natavan Həbibi ilə Dadonun Zeyd adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova