Əməkdar artist Aybəniz Haşımovanın qızı blogger Aynişan Quliyeva İnstaqram hesabında paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva xoşbəxt olmasının sirrini açıqlayıb: "Xoşbəxt olmağımın səbəbi mənəvi hüzur, vicdan əzabı çəkməmək, xırda şeylərə belə sevinə bilmək, həyatımdan məni aşağı çəkənləri çıxarmaq, sevdiyim işi görməkdir".
Aynişan Quliyeva İnstaqram səhifəsinin adını dəyişməməsinə də münasibət bildirib: "Atamın adı həmişə adımın yanında olacaq".
Qeyd edək ki, Aynişan Quliyeva yaxın günlərdə həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevdən boşanıb.