İtaliyanın tanınmış estrada müğənnisi Alessandro Safina Azərbaycana dəstək olan məşhurlar sırasına qoşulub.
Teleqraf.com xəbər verir ki, Alessandro Safina "Nargis Magazine" jurnalının İnstaqram hesabında ölkəmiz haqqında xatirələrini bölüşüb:
"Heç vaxt düşünməzdim ki, "Mavi ədəbiyyət" mahnısını ilk dəfə Bakıda ifa edəcəyəm. Biz bunu planlaşdırmamışdıq, təsadüfən alındı, amma tamaşaçılar çox bəyəndilər. Azərbaycanda insanlar çox səmimidirlər. Orada çıxış etmək və orada olmaq çox xoşdur".
Qeyd edək ki, Alessandro Safina ölkəmizdə keçirilən "Jara” beynəlxalq musiqi festivalında iştirak edib.