30 Dekabr 2020 10:55
2 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Zöhrə Abdullayeva Şuşada konsert proqramında çıxış edən müğənnilər haqqında tənqidi fikirləri ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, bu haqda o, feysbuk səhifəsində status yazıb:

"Şuşada Cıdır düzündə çıxış edən ifaçıların 70 faizinin ora aidiyyəti yox idi. 28 il Şuşa həsrəti ilə yaşayan şuşalı müğənnilər ora dəvət edilməmişdi. Görəsən, siyahını kimlər tutur? Bir-iki müğənninin də ağbirçək olduğunu gördük..."

Qeyd edək ki, xalq artisti Tünzalə Ağayeva, əməkdar artistlər Abbas Bağırov, Almaz Orucova, Təyyar Bayramov və daha bir neçə tanınmış müğənnilnin iştirakı ilə Cıdır düzündə konsert proqramı təşkil olunub.

Bununla yanaşı xalq artistləri Alim Qasımov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Nəzakət Teymurova, Tünzalə Ağayeva, əməkdar artistlər Sevda Ələkbərzadə, Fərqanə Qasımova da Şuşaya yollanmışdılar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər