Keçmiş ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp tvitter hesabında bəzi paylaşımlarını silib.
Teleqraf.com xəbər verir ki, İvanka Tramp tvitter hesabında "Amerikalı vətənpərvərlər, təhlükəsizlik qaydalarının və qanunların pozulması qəbuledilməzdir. Zorakı davranışları dərhal dayandırılmalıdır. Xahiş edirəm, dincliyə riayət edək" - deyə, qeyd etmişdi.
Xatırladaq ki, İvanka Tramp və həyat yoldaşı Cared Kuşner Donald Trampın baş məsləhətçisi olublar.