8 Yanvar 2021 13:48
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Seren Serengil azərbaycanlı uşağa dəstək olub.

Teleqraf.com xəbər verir ki, Seren Serengil Xoşqədəm Hidayətqızının aparıcısı oluğu "Səni axtarıram" verilişinə telefon vasitəsilə qatılıb.

O, kiçik yaşlı Tunarın müalicəsinə maddi dəstək olduğunu bildirib: "Azərbaycanlıları çox sevirəm, sosial şəbəkədə ən çox izləyicilərim Azərbaycandandır. Bəlkə Bakıya köçdüm... Azərbaycan qadınları başqadır, onları özüm kimi görürəm. Çox istədim, amma uşağım olmadı. Heç vaxt ana ola bilmədim.

Beş aylıq uşaq dünyaya gətirdim, xəstəxanada altı gün yaşadı. Çox pis oldum. Bilirəm ki, anaların uşaqlarını itirməyə qəlbi dözməz. Əlimdən nə gəlirsə, dəstək olacam. Bank hesabını sosial şəbəkədə də paylaşacam".

Qeyd edək ki, kiçik yaşlı Tunarın yaşaması üçün böyük məbləğdə maddi vəsait lazımdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər