Xalq artisti Flora Kərimova "Onun sirri" verilişində biznesmen həyat yoldaşı Faiq Şəfiyev haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, aparıcının "Həyat yoldaşınız Faiq bəy sizinlə barışmaq üçün avtomobil hədiyyə edibmi" sualına cavabda Flora Kərimova deyib:
"Rəhmətlik həmişə çox bahalı zinət əşyaları gətirirdi, qəbul etmirdim. Mənə avtomobil hədiyyə etdi, açarı təqdim elədi. İki gün avtomobil həyətdə qaldı. Üçüncü gün bizə gələndə Faiqə dedim ki, ya açarı aparırsan, ya da həyətə atacam. Açarı həyətə atdım, məni çox təhqir etdi.
Sonra avtomobili elə bir adama bağışladı ki... Əl-ayağıma dolaşan adam idi. O da atalığı öləndə satdı, ona baş daşı qoydurdu".
Xalq artisti daha sonra aparıcının "İhamə Quliyevadır?" sorğusuna "Ölənin dalınca danışmazlar" - deyə, cavab verib.
Qeyd edək ki, Flora Kərimova biznesmen Faiq Şəfiyevlə ailəli olub. Onunla nikahından qızı Zümrüd Şəfiyeva dünyaya gəlib.